
Müsavat başqanı İsa Qəmbər REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovu 44 yaşı münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, facebook hesabında həmçinin başqan dünya çempionatının oyunlarından da danışıb.
“İlqar Məmmədovun 44 yaşı tamam olur, yubiley kimi bir şeydir.
İlqar bəyi təbrik edirəm və azadlıq arzulayıram!
P.S. Bu ilki futbol çempionatı elə alınıb ki, azadlıq və ləyaqət uğrunda mübarizə aparmağa, siyasi məhbusları müdafiə etməyə qətiyyən mane olmur. Çünki oyunlar gecə başlayır. Gündüzlər tam qüvvə ilə dünyanı xilas etməyə çalışmaq, gecələr isə rahat şəkildə futbola baxmaq mümkündür. İlk oyunlardan göründü ki, çox maraqlı olacaq.
Qaynar.info