
Müsavat başqanının müşaviri Yeganə Hacıyeva partiyadan getdiyini bəyan edib.
Qaynar.info xəbər verir ki, bu haqda məlumatı Yeganə Hacıyeva özünün "Facebook" səhifəsində yazıb.
Yeganə Hacıyeva: "Dostlar, bir neçə həftədir hər şey barəsində düşünmək ətraflı imkanım oldu və düşündüm. Yaşadığımız siyasi hadisələri analiz etdim.Bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldım.Nəhayət qərara aldım ki, Azərbaycan cəmiyyətinin maraqları daha üstün və faydalıdır. Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış ona doğru istiqamət təyin etməyə, nəhayət onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda davam edərək həyata keçirə bilmirəm.Və bu gündən müstəqil olduğumu bəyan edirem. Bu başdan bəyan edirəm ki, heç bir ittihama cavab vermək fikrim yoxdur. Cəmiyyət üçün daha faydalı qərarların yanında olmağım və icrasında iştirakında hər şeyə aydınlıq gətirəcək"-deyə o yazıb.
Qaynar.info