Xəbər lenti

İsa Qəmbərin qardaşı Arif Hacılıya qarşı – Açıq məktub
Siyasət13:54 26.11.2014

İsa Qəmbərin qardaşı Arif Hacılıya qarşı – Açıq məktub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat partiyasının lideri İsa Qəmbərin qardaşı Rövşən Qəmbər qurumun başqanı Arif Hacılıya məktubla müraciət edib. 

Qaynar.info xəbər verir o, bu barədə özünün Facebook səhifəsində yazıb: “Arif bəy, Müsavat partiyasının qurultayında mənə on dəqiqəlik çıxışıma imkan yaranmadı. Hətta, partiyadan çıxarıldığım inboksuma yazıldı. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi...”.

R.Qəmbər partiya rəhbərindən suallarını cavablandırmasını istəyib: “Bir daha bilmək istəyirəm ki, Skype və ya WhatsApp-la danışaraq mənim Müsavat partiyasının üzvü olmağıma, təzadlı vəziyyətin aydınlaşmasına, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma nə zaman cavab ala bilərəm?”.

Qaynar.info