Xəbər lenti

İsa Qəmbərlə bağlı təklif Müsavatda ikitirəlik yaratdı
Siyasət05:31 01.09.2014

İsa Qəmbərlə bağlı təklif Müsavatda ikitirəlik yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsavat rəhbərliyində və başqanlığa iddialılar arasında təklifi dəstəkləyənlər də var, əleyhinə olanlar da...

MüsavatPartiyasının sentyabrın 27-də keçiriləcək qurultayında hazırkı başqanİsa Qəmbərin namizəd olmayacağı dəqiqdir. Partiyanı bərpa edən, 22 ildiruğurla onun başqanı olan bir şəxsin bu postdan getməsi sıravimüsavatçıları üzməyə bilməz.Artıq daxildə İsa bəyin başqanlıqdangedib-getməməsi ilə bağlı ikitirəlik yaranıb. Bir tərəf nizamnamədədəyişiklik edilməsinin və İsa Qəmbərin başqanlıqda qalmasınıntərəfdarıdır. Digər tərəf isə buna əks mövqedədir.

PartiyanınDivan üzvü Nüşabə Sadıxlı bir neçə gün öncə mətbuata verdiyi müsahibədəqurultayda İsa Qəmbərə yeni başqana təsir etmək gücündə olansəlahiyyətlərin verilməsi ilə bağlı fikirlər səsləndirib: “İsa Qəmbərəelə bir rəsmi status verilsin ki, o, partiyada istənilən məsələyəmüdaxilə edə bilsin. Mənimlə həmfikir olan bir sıra şəxslər bununüzərində düşünür. Mövqeyimizi təklif kimi qurultayda rəsmən irəlisürəcəyik. Çalışacağıq ki, təklifimiz qəbul edilsin”.

Nüşabə Sadıxlının bu fikirlərinə partiya daxilindən reaksiyalar gəlməyə başlayıb. Başqanlığa iddialı şəxs, partiyanın Divan üzvü Tural Abbaslıverdiyi müsahibələrində bu fikirlərlə razılaşmayıb. Partiya yetkilisihesab edir ki, veriləcək bu status yeni başqanın səlahiyyətlərini şübhəaltına ala bilər: “İsa bəy dəfələrlə bildirib ki, onun təsis olunacaqhər hansı statusa ehtiyacı yoxdur. Düşünürəm ki, İsa Qəmbərin şəxsisiyasi nüfuzu kifayət qədərdir. İstənilən vaxt məsələlərə müdaxilə etməkiqtidarındadır. İnanmıram ki, hansısa müsavatçı İsa Qəmbər bir postdatəmsil olunmasa, onu qəbul etməsin. Bu təklifi praktiki cəhətdənmüzakirə etsək, burada nüfuz parçalanmasının şahidi ola bilərik. Beləki, qurultay keçirilir, yeni başqan seçilir, bundan əlavə də başqanınsəlahiyyətlərindən üstün post yaradılır.

Dolayısı ilə başqanınhüquqi olaraq idarəetmə səlahiyyətləri azalır. Bu da gələcəkdə partiyadaikitirəliyin, fikir ayrılığının yaranmasına səbəb ola bilər. Nüfuzsuzbir başqanın da hansısa məsələlərdə uğur əldə etməsi mümkün deyil.Partiyanın sadəcə bir başqanı olar, onu da qurultay seçər. Əgər İsa bəyyenidən başqan olmaq istəsə, biz qurultayda bu təklifi səsləndirəbilərik. Yəni nizamnaməyə dəyişiklik edərik. Şəxsən özüm İsa bəyinyenidən başqan seçilməsinə səs verərəm. Amma xüsusi səlahiyyət verərəkmövcud başqanın səlahiyyətlərinin şübhə altına alınmasının tərəfdarıdeyiləm”.

Başqanlığına digər namizəd, partiyanın İcra Aparatının rəhbəri Arif Hacılıda bu barədə mövqeyini açıqlayıb: “Təbii ki, bizim tərəfimizdən butəkliflərlə əlaqədar hər hansı problem ola bilməz. Onsuz da vahidkomanda olaraq fəaliyyət göstəririk. Qurultaydan sonra da vahid komandakimi fəaliyyət göstərmək niyyətindəyik. Çünki bu seçkilər digərseçkilərdən fərqli olaraq partiyadaxili seçkilərdir”.

Müsavat başqanlığına iddialı digər namizəd Qubad İbadoğluhesab edir ki, İsa Qəmbərin başqanlıqdan getməsi onun nüfuzuna təsiretməyəcək: “İsa bəyin hansı statusda olmasından asılı olmayaraq,Müsavatda böyük nüfuzu var. Müsavatçıların lideridir. Hesab edirəm ki,istənilən halda İsa bəyin başqanlıqdan getməsi nüfuzunun zəifləməsinəsəbəb olmayacaq. Əksinə, nüfuzu artacaq. İsa bəyin özünün qəbul elədiyi,eyni zamanda, qurultay nümayəndələrinin dəstək verdiyi istənilən qərarahörmətlə yanaşacam. Bu istiqamətdə fəaliyyət göstərmək niyyətindəyəm”.

Sabiq başqan müşaviri, partiya başqanlığına iddiaçılardan olan Səxavət Əlisoyirəli sürülən təklifi doğru hesab etmir: “Hər kəsin düşüncəsinəhörmətlə yanaşmaq lazımdır. Bu baxımdan bu fikirlərə hörmətlə yanaşıram.Çünki fikir azadlığı deyilən bir şey var. Amma Nüşabə xanımın təklifinidoğru hesab etmirəm. Bunun üçün gərək partiyanın nizamnaməsindədəyişiklik baş versin. Düşünürəm ki, əziyyət çəkib nizamnamə dəyişmək,qurultay keçirmək lazım deyil. İsa bəy həmin postunda qalsın. Məntiqləbu təklifin uyğunluğu yoxdur”.

Səxavət Əlisoy qurultayda belə bir fikir irəli sürülsə, əleyhinə çıxacağını da qeyd etdi. //musavat.com