"Azərbaycan dövləti bu cinayətlə bağlı beynəlxalq məhkəməyə müraciət etməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Ermənistan tərəfindən əsir götürülən Hüseyn Axundova qarşı fiziki işgəncə və qeyri-insani rəftar hallarının hüquqi qaydalarından danışarkən deyib.
Vəkil hesab edir ki, bu məsələlərin beynəlxalq aləmdə aktual qalması üçün şikayət vermək mütləqdir:
"İşgəncəyə məruz qalan hərbiçinin özü də Avropa İnsan Haqları Məhkəməsinə şikayət edə bilər. Hesab edirəm ki, beynəlxalq məhkəmələr Ermənistanı maksimum cərimələyə bilər. Məhkəmə qərar çıxara bilər ki, bu cinayəti törədənlər məsuliyyətə cəlb olunsun. İstəlinən halda bu addımı atmaq lazımdır”.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Bahar Rüstəmli