Xəbər lenti

İŞİD liderinin meyiti tapıldı
Ölkə14:20 21.03.2016

İŞİD liderinin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraq hərbçiləri Ər-Rəmadi şəhərinin şərqində İŞİD terror təşkilatının komandiri, Əbu Ömər əş-Şişani kimi tanınan Tarxan Batiraşvilinin meyitini tapdıqlarını elan ediblər. 

Musavat.com xəbər verir ki, məlumatı Alsumaria telekanalı yayıb. 

Anbar əyalətindəki əməliyyatın komandanı İsmayıl əl-Maxlaui telekanala bildirib ki, ordu hissələri Ər-Rəmadinin şərqindəki təmizləmə işləri zamanı İŞİD-in 10 silahlısının meyitini tapıblar. 

Bundan əvvəl Pentaqondan bildirilmişdi ki, Əbu Ömər əş-Şişani Suriyanın şimal-şərqindı hava zərbələri zamanı öldürülüb.

Qaynar.info