Xəbər lenti

İşıq reydi keçirildi
Ekonomiks06:30 06.07.2014

İşıq reydi keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin əvvəlindən “Şamaxı” Elektrik Şəbəkəsi Müəssisəsində keçirilmiş reydlər zamanı 145 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. 

Nəticədə 394,8 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 23,7 min manata yaxın istehlak dəyəri qeydə alınıb.

“Qafqazinfo”nun xəbərinə görə, “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda Şamaxı rayonunun elektrik şəbəkələri yenidən qurulur. Son üç ayda 10, 6 və 0,4 kilovoltluq elektrik verilişi xətlərində, transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri aparılıb.

Ötən 5 ayda müəssisə üzrə ümumi istehlak artaraq 28,9 milyon kilovat-saata yaxın olub.