Xəbər lenti

“İslam dini konstitusiyaya salına bilməz” -REAKSİYA
Siyasət12:41 05.04.2013

“İslam dini konstitusiyaya salına bilməz” -REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əgər İslam dini konstitusiyaya salınsa, azlıqda qalan insanlar narazılıq edəcəklər"

“Azərbaycan dünyəvi dövlətdi, din dövləti deyil. Ona görə də İslamın konstitusiyaya bu şəkildə salınması düzgün deyil”.

Bunu Qaynar.info-ya Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov islam dininin konstitusiyaya salınması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, Azərbaycanın konstitusiyası dünya standartlarına uyğun konstitusiyadır: “Burada da dinlə bağlı çox mühüm müddəalar var. Hətta bizdə referenduma qədər insanlığı təhqir edən, insanlar arasındakı sülh münasibətlərinə xələl gətirən dinlərin təbliği qadağan olunurdusa biz dini cərəyanları da oraya daxil etdik, yəni bunların da təbliği qadağandır. Bilirsiz, Azərbaycanda təxminən 96% islam dininə sitayiş edən insanlardı, insanların 4% isə başqa dinə sitayiş edirlər. Əgər İslam dini konstitusiyaya salınsa, həmin azlıqda qalan insanlar narazılıq edəcəklər ki, bu, ayrı seçkilikdir. Ona görə də bu addım düzgün olmaz. Azərbaycan dünyəvi dövlətdir, kimin hansı dinə sitayiş etməsindən aslı olmayaraq hüquq bərabərliyi var, dövlət də bunun qarantıdır”.

R.Cəbrayılov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məscidlərə hansı xütbənin oxunması barədə tövsiyələrin  verilməsi ilə bağlı deyilənlərə də münasibət bildirib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərə xütbələrin oxunması ilə bağlı göstərişlər vermirlərki. Xütbələrin oxunması Şeyxülislamın səlahiyyətində olan məsələdir. Sadəcə olaraq, bu məsələdə dövlətin nəzarətindən söhbət gedir. Baxın, DQİDK-nin vəzifəsi dini cərəyanların, sülh, bəşəriyyət, insanlıq əleyhinə təbliğat aparan dinlərin, sektaların fəaliyyətlərinin konstitusiyaya uyğun olub-olmadığını müəyyən edən qurumdur. Həmin qurum məscidlərdə xütbə məsələsinə qarışa bilməz”.

Qeyd edək ki, bəzi ilahiyyatçı və siyasi şəxslər deyir ki, dövlət orqanlarının dinlə bağlı yürütdüyü xəttin yalnız rəsmi din amilinin mövcudluğu halında yerində olar. Onlar iddia edirlər ki, İslam dinin rəsmi din elan olunması üçün qanunvericilikdə dəyişikliklər edilməsi vacibdir.

İlkin
Qaynar.info