Xəbər lenti

İslandiya böyük risk altındadır - Güclü vulkan püskürə bilər
Dünya 16:23 27.10.2024

İslandiya böyük risk altındadır - Güclü vulkan püskürə bilər

İslandiya iqlim dəyişikliyi səbəbindən nəzarətsiz vulkan püskürmələri ilə üzləşə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Bunun nə vaxt baş verəcəyi ilə bağlı çox qeyri-müəyyənlik var", deyə "Reuters" qeyd edib.

Agentlik İslandiya Meteorologiya İdarəsinin vulkanoloqu Maykl Parksa istinadən qeyd edir ki, bu, illər və ya onilliklər ola, ya da daha əvvəl baş verə bilər.

Bundan əlavə, məqalədə iddia olunur ki, buzlaqlar vulkanik aktivliyi cilovlaya bilir, lakin qlobal istiləşmə bu qabiliyyəti tədricən azaldacaq. Artıq bu gün ekspertlər qeyd edirlər ki, yeni püskürmə dalğasının başlaması üçün bütün lazımi şərait var.

Oktyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəhbəri Cim Skiqlobal istiləşmə 3°C-ə çatacağı təqdirdə Cənubi Avropanın səhralaşma riski ilə üzləşdiyini bildirib. O, bütün Avropanın həssas olduğunu vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->