Xəbər lenti

İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən açıqlama
Ölkə 09:33 16.12.2025

İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən açıqlama

İşləyən anaların övladlarının məktəbəqədər təhsilə cəlb edilməsi ilk növbədə prioritet olmalıdır".

Qaynarinfo xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə verdiyi müsahibədə bildirib.

Nazir qeyd edib ki, hazırda Azərbaycan təhsil sistemində bu məsələ prioritet deyil. Məktəbəqədər təhsilə qəbul prosesi hələ də "kim birinci müraciət etdi" prinsipi ilə həyata keçirilir. Lakin, sistemin elektronlaşması sayəsində əvvəlki illərlə müqayisədə bu proses daha şəffaf və aydın şəkildə aparılır.

Emin Əmrullayev bildirib ki, işləyən anaların övladlarının məktəbəqədər təhsilə cəlb olunması ölkə iqtisadiyyatı baxımından əhəmiyyətlidir.

"Çünki övladları məktəbəqədər təhsilə cəlb olunan olan analar daha rahat işləyə bilirlər" , - deyə nazir vurğulayıb.

O, gələcəkdə bu sahədə müxtəlif modellərin tətbiqinin davam etdiriləcəyini və həmin modellərin genişləndirilməsinin vacibliyini qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->