Xəbər lenti

İsmət Yılmaz Zakir Həsənova zəng etdi - "Dəstək olmağa hazırıq..."
Siyasət16:50 02.04.2016

İsmət Yılmaz Zakir Həsənova zəng etdi - "Dəstək olmağa hazırıq..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz və Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər. 

 

Qaynar.info-nun məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb və Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib.

Qayar.info