Xəbər lenti

İsrail Azərbaycanı təhlükəli ölkələr sırasına daxil etdi
Siyasət10:55 01.04.2014

İsrail Azərbaycanı təhlükəli ölkələr sırasına daxil etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail hökumətinin Terrorla Mübarizə üzrə Qərargahı yəhudilərin dini bayramı Pesax ərəfəsində vətəndaşları bir sıra ölkələrə səfərdən çəkinməyə çağırıb.

Virtualaz.org saytının İsrail qaynaqlarına istinadən yaydığı xəbərə görə, qərargahın yaydığı xəbərdarlıqda bildirilir ki, İsrail vətəndaşları İordaniya, Türkiyə, Malayziya və Sina yarımadasına səfərdən qətiyyətlə çəkinməlidir.

Həmçinin qərargah İsrail vətəndaşlarından 41 ölkəyə səfərdən çəkinməyi tövsiyə edib. Bu ölkələrin siyahısına yeni əlavə olunanlar Keniya, Nigeriya, Türkiyə və Azərbaycandır.

Qərargah bildirir ki, xəbərdarlıq terror təhlükəsinə dair hansısa konkret  informasiyaya yox, situasiyanın ümumi qiymətləndirilməsinə əsaslanır. 

Qaynar.info