Xəbər lenti

İsrail Ərdoğanın sözlərinə görə Türkiyənin NATO-dan çıxarılmasına çağırdı
Dünya 17:27 30.07.2024

İsrail Ərdoğanın sözlərinə görə Türkiyənin NATO-dan çıxarılmasına çağırdı

İsrailin xarici işlər naziri İsrael Kats Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qoşun göndərməklə hədələməsi səbəbilə NATO-nu Türkiyəni üzvlükdən çıxarmağa çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat yayıb.

Nazir diplomatlara təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşırıb, Türkiyəni qınamağa və onun Alyansdan çıxarılmasını tələb etməyə çağırıb.
"Politico" xatırladıb ki, Türkiyə 1952-ci ildə NATO-ya üzv olub və Alyansda ikinci ən böyük orduya malikdir.

Qeyd olunur ki, NATO-nun Alyansa üzvlüyünün dayandırılması və ya Alyansdan çıxarılması üçün xüsusi mexanizmi yoxdur.

2021-ci ildə NATO-nun baş katibi Yens Stoltenberq belə bir mexanizmin mümkünlüyünü rədd edərək, bunun "heç vaxt baş verməyəcəyini” qeyd edib. Eyni zamanda, üzv ölkələr könüllü olaraq NATO-dan çıxa bilərlər.

Xatırladaq ki, bundan əvvəl Ərdoğan Qəzza zolağındakı münaqişədə fələstinliləri dəstəkləmək üçün İsrailə qoşun göndərməklə hədələyib.

"Biz Qarabağa girdiyimiz kimi, Liviyaya girdiyimiz kimi İsraillə də eyni şeyi edə bilərik. Bizim üçün mümkünsüz heç nə yoxdur. Biz güclü olmalıyıq”, deyə Türkiyə lideri bildirib.

Bundan sonra İsrailin xarici işlər naziri İsrael Kats Ərdoğanı İraq diktatoru Səddam Hüseynlə müqayisə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->