Xəbər lenti

İsrail ordusu Livana zərbələr endirdi
Dünya19:23 06.01.2024

İsrail ordusu Livana zərbələr endirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail Müdafiə Qüvvələri Livanın Tir şəhərinin cənub hissəsinə zərbələr endirib.
"Report” xəbər verir ki, bu barədə "Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Zərbələr "Hizbullah”ın HƏMAS qruplaşmasının siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin Beyrutda öldürülməsinə cavab olaraq İsrailin şimalındakı hərbi bazaya 60-dan çox raket atmasından sonra qeydə alınıb.
Bundan əvvəl İsrail Livan, Qətər daxil olmaqla, Qəzza zolağından kənarda HƏMAS üzvlərini məhv etməyə çalışacaqlarına söz verib.
Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı əməliyyata başlayıb.