Xəbər lenti

İsrail Rəfaha zərbə endirməklə “qırmızı xətti” keçibmi? - Ağ Ev qiymətləndirir
Dünya 13:29 28.05.2024

İsrail Rəfaha zərbə endirməklə “qırmızı xətti” keçibmi? - Ağ Ev qiymətləndirir

ABŞ prezidenti Co Bayden administrasiyası bazar günü Rəfahdakı çadır düşərgəsində ən azı 45 məcburi köçkün fələstinlinin ölümünə səbəb olan İsrailin hücumunun qırmızı xətti keçib-keçmədiyini hələ də qiymətləndirir.

Qaynarinfo xəbər verir ki, bu barədə iki amerikalı məmur Axios-a şərhində danışıb.

Hava hücumu İsrailin mayın əvvəlində bu şəhərə hücumuna başladıqdan sonra Rəfahda ən ölümcül insident olub. Bu, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə Rəfahdakı hərbi əməliyyatları dərhal dayandırmaq əmrindən bir neçə gün sonraya təsadüf edir.

İsrail Müdafiə Qüvvələri bazar ertəsi hava hücumu ilə bağlı əməliyyat təhqiqatına başladığını açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu mülki şəxslərin ölümünü "faciəli səhv” adlandırıb.

ABŞ rəsmisi bildirib ki, Ağ Ev şəraitin ABŞ-ın müdaxiləsini tələb edib-etmədiyinə qərar vermək üçün tam olaraq nə baş verdiyini müəyyənləşdirmək prosesindədir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Axios-a bildirib ki, Bayden administrasiyası baş verənləri qiymətləndirmək üçün İDF və yerdəki tərəfdaşları fəal şəkildə cəlb edir.

"İsrail ordusunun dünən gecə onlarla günahsız fələstinlinin ölümünə səbəb olan Rəfaha endirdiyi zərbənin dağıdıcı görüntüləri ürək ağrıdır. İsrailin HƏMAS-ı təqib etmək hüququ var... lakin aydınlaşdırdığımız kimi, İsrail mülki insanları qorumaq üçün bütün mümkün tədbirləri görməlidir”, - deyə sözçü qeyd edib.

Portalın həmsöhbətlərinin sözlərinə görə, hava hücumundan bir neçə gün əvvəl Ağ Ev rəsmiləri hesab edirdilər ki, onlar İsrailin Rəfahla bağlı əməliyyat planlarına dinc əhali arasında kütləvi itkilərin qarşısını almaq üçün əhəmiyyətli dərəcədə təsir göstərə biliblər.

Bu qiymətləndirmə ABŞ-ın Rəfahda İDF əməliyyatlarının genişləndirilməsinə qarşı müqavimətini yumşaltmağa səbəb olub.

ABŞ rəsmisi deyib ki, Rəfah hadisəsi çox güman ki, Baydenə Qəzza müharibəsi ilə bağlı siyasətini dəyişmək üçün siyasi təzyiqi artıracaq.

Bildiyiniz kimi, bir gün əvvəl Avropa İttifaqının xarici işlər nazirləri beynəlxalq humanitar hüquq normalarına əməl etmədiyinə görə İsrailə qarşı mümkün sanksiyaları müzakirə ediblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->