Xəbər lenti

İsrail yenidən aviazərbələrə başladı
Ölkə12:45 28.07.2014

İsrail yenidən aviazərbələrə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail ordusu bu gün Qəzza zolağına 3 aviazərbə endirdiyini açıqlayıb.

Anspress-in məlumatına görə, aviazərbələrinin hədəfinin İsrail tərəfə raket atan "HƏMAS" döyüşçüləri və onların infrastrukturu olduğu bildirilir. İddiaya görə, aviazərbələr bu səhər "HƏMAS"ın atdığı iki raketə cavab olaraq həyata keçirilib. Yeni aviazərbələr müqəddəs Ramazan bayramı ərəfəsində nisbi sakitliyi yenidən pozub.

Bundan əvvəl Qəzza zolağında İsrail ordusu ilə "HƏMAS" hərəkatı arasında 12 saatlıq atəşkəs elan edilmişdi. Növbəti 24-saatlıq atəşkəsə "HƏMAS" razılıq versə də, İsrail ordusu bununla razılaşmayıb.

İyulun 8-də əməliyyatlar başlanandan İsrail ordusu 43 nəfər itki verib, Qəzza zolağında ölən fələstinlilərin sayı isə 1060-ı ötüb.

Qaynar.info