Xəbər lenti

İsraildə Azərbaycan günləri keçiriləcək
Ölkə15:47 13.11.2013

İsraildə Azərbaycan günləri keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 
Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov noyabrın 13-dən 17-dək İsraildə səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, deputat bu ölkədə Azərbaycan günlərinə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Mərasimlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, bu gün ölkədə müşahidə olunan dinamik inkişaf, əldə edilən nailiyyətlər, həmçinin üzləşdiyimiz problemlər barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə xalqlarımızın bir-birinə olan dostluq münasibətləri, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.


Qaynar.info