Xəbər lenti

İsraildə azərbaycanlı gəncdən qəhrəmanlıq: Prezident anasını ölkəyə dəvət etdi (VİDEO)
Ölkə09:50 03.02.2023

İsraildə azərbaycanlı gəncdən qəhrəmanlıq: Prezident anasını ölkəyə dəvət etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı gənc İsraildə qəhrəmanlıq göstərib.
Qaynarinfo xəbər verir ki, İsraildə hərbi xidmət keçən Cəlal Hüseynov Prezident sarayına təşkil edilən böyük terror cəhdini tək başına dəf edib.
Cəlalın anası Nüşabə xanım da "ASAN Xidmət"də çalışır. Onun sözlərinə görə, oğlu silahsız, qol gücünə terrror cəhdinin qarşısını alıb. Bu xəbər də İsrail prezidentinə çatıb. Bundan sonra isə Nüşabə xanım yanvar ayında dövlət başçısının şəxsi dəvəti ilə xüsusi təyyarə reysi ilə İsrailə səfər edib.
Qeyd edək ki, Cəlal Hüseynov hazırda İsraildə hərbi xidmət keçir. O bildirib ki, xidməti başa vurduqdan - 1 il 2 ay sonra Azərbaycana qayıdacaq.