Xəbər lenti

Dünya 10:21 26.10.2023

"İsrailin Qəzzaya irimiqyaslı müdaxiləsi səhv olardı" - Makron

Çərşənbə günü, oktyabrın 25-də Fransa prezidenti Emmanuel Makron İsrailin Qəzza zolağına planlaşdırılan quru əməliyyatını səhv adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.

Məlumata görə, Makron Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən sonra çıxış edib. Fransa lideri bildirib ki, "İsrailin Qəzza zolağına irimiqyaslı quru əməliyyatı səhv olardı”.

Makronun sözlərinə görə, quru əməliyyatı Fələstin anklavının mülki əhalisinə zərər verəcək, lakin İsrailin uzunmüddətli təhlükəsizliyini təmin etməyəcək.

O vurğulayıb ki, humanitar yardım Qəzzaya maneəsiz daxil olmalıdır. Fransa prezidenti bildirib ki, tezliklə Qəzza xəstəxanalarına yardımın çatdırılmasına kömək etmək üçün bölgəyə Fransa donanmasının gəmisi, həmçinin əsas ləvazimatları daşıyan təyyarə gələcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->