Xəbər lenti

İsraillə hərbi əməkdaşlıq nə vəd edir? - Ekspert
Siyasət09:38 12.07.2023

İsraillə hərbi əməkdaşlıq nə vəd edir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İsraillə Azərbaycanın hərbi əməkdaşlığı həm genişlənir, həm də dərinləşir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov İsrail müdafiə naziri Yoav Qallantın Azərbaycana olan səfərini şərh edərkən deyib.
Hərbi ekspert bildirib ki, İsraillə Azərbaycan arasında əlaqələr bütün sahələr üzrə artan xətlə inkişaf edir:
"Bu inkişaf özünü hərbi sahədə də göstərir. Hərbi sahədə əlaqələrimiz həm genişlənir, həm də dərinləşir. İsrail müdafiə naziri Yoav Qallantın səfəri gedişində iki ölkə arasında təhlükəsizlik və texnologiya sahəsində bir sıra anlaşmalar imzalanacaq. Onun Dövlət Sərhəd Xidmətinin rəhbərliyilə görüşü də gözlənilir. Sahil Mühafizəsi Xidmətilə bağlı bəzi məsələlər müzakirə olunacaq. İki ölkə arasında hərbi və hərbi-texniki sahələr  üzrə əməkdaşlığın inkişaf perspektivləri, hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, silah-sursatla bağlı məsələlər diqqət mərkəzində olacaq. Bu səfərin Azərbayana xeyri olacaq”. 
İsrail mətbuatının yazdığına görə, bu ölkənin müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana gələcək. Onun səfəri iyulun 14-dək davam edəcək. Səfər çərçivəsində Yoav Qallantın prezident İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir. Qeyd edilib ki, səfərin məqsədi Azərbaycanla siyasi əməkdaşlığı möhkəmləndirmək, iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir. 
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Yoav Qallant müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə ölkəmizə rəsmi səfər edəcək. Bildirilib ki, Yoav Qallantın İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
Rüfət Sultan