"Bu addım gələcəkdə bu ölkələrin iqtisadiyyatına müsbət təsir edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov ABŞ-la Avropa İttifaqı arasında rüsum tariflərinin 15 faiz artırılmasını nəzərdə tutan imzalanan ticarət müqaviləsini şərh edərkən deyib.
Fuad İbrahimov bildirib ki, bu saziş fonunda Avropa İttifaqından Amerikaya idxal edilən məhsulların qiymətində ən azı 15 faizlik bahalaşma baş verəcək:
"Belə olan halda isə Avropadan gələn malları alan Amerika əhalisinin istehlak xərci də anoloji olaraq 15 faiz artacaq. Amma onu da unutmayaq ki, ABŞ kimi nəhəng dövlət həmin idxalı əvəz edə biləcək gücə malikdir".
Həmsöhbətimiz hesab edir ki, 3-5 ilə ABŞ həmin məhsulları daha sərfəliləri ilə əvəz edə biləcək:
"Beləliklə də, atılan addım fonunda Amerika tərəfi həm katipal axınının qarşısını almış olur, eyni zamanda, yeni iş yerlərinin yaradılmasına şərait yaradır. XXI əsrin ən böyük bəlalarından biri isə süni intelekti nəzərə alsaq, avtomatlaşdırma nəticəsində insan faktorunun kənarda qaldığını nəzərə alsaq, işsizlik problemi XXI əsrin ən böyük problemlərindən biri olacaq".
Ekspert düşünür ki, ABŞ-ın Aİ ilə atdığı bu addım daha uzaqgörən məqsədlərə istiqamətlənib:
"Belə ki, idxalın bahalaşması müəyyən dövrdən sonra yerli istehsalın inkişafına şərait yaradacaq".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar günü Avropa İttifaqı ilə tarifləri 15 faiz səviyyəsində müəyyən edən ticarət sazişi imzaladığını açıqlayıb.
Tramp əvvəllər Aİ-ə münasibətdə tarifləri 20, daha sonra hətta 30 faizə qədər artıracağı ilə hədələmişdi. Amma sonda tərəflər 15 faizlik tariflə bağlı razılığa gəldilər. Trampın sözlərinə görə, Aİ ABŞ-ın idxalına tariflər tətbiq etməyəcək və razılaşma "hər iki tərəfi qane edir”.
Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula fon der Leyen qeyd edib ki, saziş sabitlik gətirəcək və prosesləri proqnozlaşdırmağa imkan verəcək. Müqavilədə Aİ-nin ABŞ-dan 750 milyard dollar dəyərində enerji, habelə böyük miqdarda hərbi texnika alması və ABŞ-a təxminən 600 milyard dollar sərmayə qoyacağı da nəzərdə tutulur.
Rüfət Sultan
Şərhlər