Xəbər lenti

İstanbul hava limanı uçuşları dayandırdı
Ölkə22:03 18.02.2025

İstanbul hava limanı uçuşları dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulun şərqindəki Sabiha Gökçen hava limanı sinoptiklərin güclü qar xəbərdarlığından sonra cümə axşamı və cümə günləri planlaşdırılan daxili və beynəlxalq uçuşların 15%-ə qədərini ləğv edib. 

Qaynarinfo xəbər verir ki, hava limanının məlumatına görə, gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 20-də uçuşların 10%-i, fevralın 21-də isə 15%-i reyslər ləğv ediləcək.

Bundan əvvəl türkiyəli sinoptiklər siklonun təsiri ilə İstanbulda dörd gün qar yağacağını və temperaturun kəskin şəkildə aşağı düşəcəyini bildirmişdilər.