"Türk dünyası gücləndikcə hədələr də artır”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Türkiyədə baş verən terror hadisəsindən danışarkən deyib.
Deputat bildirib ki, Türkiyə terrordan ən çox əziyyət çəkən dövlətlərdəndir:"Türkiyə inkişaf etdikcə ona qarşı belə təhdidlər də artır. Qlobal qeyri-müəyyənliyə və yüksək idxal inflyasiyasına baxmayaraq Türkiyədə bu ilin ilk yarısında iqtisadiyyat 7.5 % böyüyüb. 2022-ci ildə qardaş ölkədə ÜDM-in 5.0 % artacağı proqnozlaşdırılır”.
Deputat qeyd edib ki, tarixi taxıl anlaşması kontekstində Türkiyə hazırda müharibə edən Rusiya və Ukraynanı bir araya gətirən yeganə ölkədir:"Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən qısa müddət sonra İstanbulda terror aktının törədilməsi də xeyili suallar yaradır. Türkiyə, bütövlükdə isə türk dünyası indi daha güclüdür. Bu gücün qarşısında hətta terror da məğlub olacaq”.
Bahar Rüstəmli