Xəbər lenti

İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi (FOTOLAR)
Siyasət12:30 19.07.2020

İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul şəhərindəki tarixi Bəyazid Meydanında "Can Azərbaycana canımız fəda" şüarı ilə aksiya keçirilib. 
"Report"un yerli bürosu xəbər verir ki, aksiyada Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri iştirak ediblər.
Aksiyada Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. "Qarabağ Azərbaycanındır", "Ar olsun Ermənistana", "Qarabağa ədalət" şüarları səsləndirilib. 
Aksiyaçılar Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribatlara etirazlarını bildiriblər, həmçinin Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.