Xəbər lenti

İsveç HDQ Rusiyanın
Dünya 14:39 23.04.2024

İsveç HDQ Rusiyanın "kölgə donanması"ndan casusluqda şübhələnir

İsveç Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq Rusiyanın Baltik dənizində "kölgə donanması” adlandırılan donanmasının casusluqla məşğul ola biləcəyini təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə SVT yazır.

Rusiyanın "kölgə donanması” bir neçə yüz min ton neft məhsulları ilə hər gün Baltik dənizi üzərindən hərəkət edir.

İlk dəfə olaraq İsveç Hərbi Dəniz Qüvvələri bu hərəkətləri izlədiyini və gəmilərin bəzilərinin casusluq üçün, xüsusən də siqnal kəşfiyyatı, yəni rabitənin ələ keçirilməsi üçün istifadə oluna biləcəyini göstərən sənədlərin olduğunu təsdiqləyib.

"Biz, məsələn, adətən balıqçı gəmilərinə aid olmayan antenalar və dirəklər tapırıq, ona görə də başa düşmək olar ki, dənizdə hərəkət edənlərin bəzən onların fəaliyyəti ilə bağlı başqa məqsədləri var", - Hərbi Dəniz Qüvvələrinin rəisi Eva Skuq Haslum deyir.

Hərəkətə nəzarət ilk növbədə Sahil Mühafizəsinin məsuliyyətidir, lakin Hərbi Dəniz Qüvvələri indi Rusiyanın "kölgə donanması”nın hərbi aspektlərin olduğunu təsdiqləyir.

"Hazırda Rusiyaya qarşı sanksiyalara görə baş verənlər həm təhlükəsizlik, həm də ətraf mühit sahəsində faciəyə çevrilə bilər”, – deyə Haslum bildirib.

O deyir ki, gəmilər hibrid əməliyyatlarda istifadə oluna bilər, məsələn, xarici gəmi qəza səbəbilə təcili liman axtarışı adı altında İsveç limanına girə bilər. SVT-nin məlumatına görə, İsveç hakimiyyət orqanları son bir ildə bunun üçün xüsusi hazırlıqlar görüb.

Bir gün əvvəl Aİ-nin Lüksemburqda keçirilən müdafiə və xarici siyasət toplantısında bu fəaliyyətlərin dayandırılması üçün konkret tədbirlər müzakirə edilib.

"Kölgə donanmasının problem olduğuna dair çox geniş konsensus var”, - İsveç xarici işlər naziri Tobias Billström bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->