Xəbər lenti

İdman 16:54 28.02.2024

İsveç millisinin üzvü süni nəfəs aparatına qoşuldu

Danimarka klubu "Midtyulland”in 28 yaşlı isveçli yarımmüdafiəçisi Kristoffer Olssonun evində halı pisləşdiyi üçün süni nəfəs aparatına bağlanıb və xəstəxanaya yerləşdirilib.

Qaynarinfo-nun məlumatına görə, klubdan verilən yazılı açıqlamada, "Son zamanlar Olssonun yoxluğunun səbəbi ilə bağlı artan söz-söhbət və fərziyyələr qarşısında bu açıqlamanı ictimaiyyətə çatdırmağı özümüzə borc bildik. İsveç millisinin 28 yaşlı oyunçusu evində huşunu itirib. Fevralın 20-də isə süni nəfəs aparatında xəstəxanaya aparılıb" - szölərinə yer verilib. 

Açıqlamada bir müddət "Arsenal"da da oynamış Olssonun kəskin beyin xəstəliyindən təsirləndiyi bildirilib. Açıqlamada, "Midtyulland'da hər kəs əlbəttə ki, Kristofferin ani xəstəliyindən dərindən üzülür, düşüncələrimiz ona və ailəsinə tam dəstək olmaqdır" - sözləri yer alıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->