Xəbər lenti

"İsveçrə XİN Dağlıq Qarabağda "seçkilər"i etibarsız hesab edir"
Siyasət15:56 15.04.2020

"İsveçrə XİN Dağlıq Qarabağda "seçkilər"i etibarsız hesab edir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrə Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i etibarsız hesab edir.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.
"İsveçrə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstəyini bir daha ifadə edib. Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qeyri-qanuni "seçkilər"ə münasibət bildirən İsveçrənin Xarici İşlər Nazirliyi öz notasında bu "seçkilər"i etibarsız hesab etdiyini bəyan edib", - deyə XİN rəsmisi qeyd edib.