Əvvəlki dönəmlərdə də hər hansı bir yeni məhsulun reklamında futbolçulardan istifadə olunurdu. Lakin bunların bəziləri digərlərindən daha təəccüblüdür - keçmiş "Liverpul”, "Mançester Yunayted” və "Real”ın oyunçularının çəkildiyi rekalmlar kimi. Dünyaca məşhur futbolçuların qısa karyeraları ərzində qazanclarını artırmaq üçün məcburən atdığı addımlar o deməkdir ki, biz illər ərzində bəzi qəribə reklamlar görmüşük.
Qaynarinfo ”planetfootball”a istinadən marketinqin şanlı tarixində futbolçuların çəkildiyi ən təəccüblü reklamları təqdim edir.
Harri Keyn - İdman ayaqqabıları ("Skechers”)
İngiltərə millisinin kapitanı? "Skechers” geyinirsən? Bu, həm anlaşılmaz, həm də tamamilə proqnozlaşdırıla bilən hissdir.
Harry Kane leaves Nike for Skechers and signs a lifetime contract with them.
"Mançester Yunayted”in futbolçuları - Yapon pomidor suyu
Maykl Karrik, Rayan Giqqz, Robin van Persi və Sinji Kaqava qalın stəkanlarda "Kaqome” kimi tanınan Yapon pomidor şirəsini içirlər. Həyatda daha nə istəyə bilərsən?
Lionel Messi - Yapon üz kremi
Messinin üzü 2014-cü ildə istehsal olunan kremlə örtülmüş şəkildə görünür. Futbolçu özünü bütün varlığı boyunca məhsuldan istifadə etməyən bir insan olduğunu göstərir. Sonra başını aşağı salır, üzünə su vurur və… Və budur, onun üzü sanki tanrılar tərəfindən öpülmüş kimi görünür. Əgər bu, sizdə dərhal çölə çıxıb məhsulu almaq istəyi yaratmırsa, o zaman açıq-aydın reklamdan yayınırsınız.
Kriştiano Ronaldo - Gülüşü yaxşılaşdıran yapon cihazı
Bu reklamda Ronaldo qısa müddət ərzində "Pao Facial Fitness” cihazı ilə qarşılaşır. Lakin görünür, yapon firması ona aləti ağzına qoymaq üçün kifayət qədər pul ödəməyib. Çünki reklamda yer alan digər insanlar üzlərini tonlandırmaq üçün başlarını ritmik şəkildə yuxarı və aşağı sallamazdan əvvəl qəribə cihazı ağızlarına qoyduqları görünür.
Maykl Oven - Dubaya səfər
Elm adamları yuxusuzluğu müalicə etmək üçün illər boyu çalışdılar, ancaq Maykl Oven helikopterdən Dubayı "göstərir".
Fernando Torres - "Banco Gallego” adlı itlərin təlim mərkəzi
Bu reklamda "Banco Gallego” adlı ispan it təlim məktəbində çalışdığı kimi görünən bir gənc, yaraşıqlı Torres var. "Liverpul”un keçmiş hücumçusunun varlığından çaşqınlıqla təsirlənən insanlar var. Ancaq itlər daha xoşbəxt görünür…
Kevin Kiqan - Şirin qarğıdalı
Kiqan "Nyukasl”ın kuboku qazanması üçün "Bal Canavar”ını meydana buraxır. Hansı ki, həmin canavarının sözləri 90-cı illərin məşhur "Robot Döyüşləri” adlı verilişinin aparıcısı Conatan Pirs tərəfindən səsləndirilir.
Wonder if Kevin Keegan is having some sugar puffs for his birthday? #Keepit90s
Şmeyhel reklamdan sonra yenidən "Mançester Yunayted”dəki komanda yoldaşları ilə necə qarşılaşdı, bunu hər kəs təxmin edir. Bunu ilk görən Roy Kinin deməyə söz tapmaması yəqin ki, tarixin ən böyük təəssüflərindən biridir.
TELLY GOLD: Peter Schmeichel singing about Danish bacon, wearing an apron and playing the accordion.
Hamı Soutqeytin "Pizza Hut”un reklamında çəkildiyini xatırlayır. Ancaq İngiltərə millisinin hazırkı baş məşqçisinin bu ayaqqabı növünü reklam etdiyini daha az adam xatırlayar.
Morten Qamst Pedersen və Con Arne Riize - Norveç meyvəsi
"Portsmut” və "Birmingem”in keçmiş futbolçusu Erik Husekleppin seçim stendində öz "biznesi” ilə məşğul olduğu zaman, qəribə cütlük Riize və Pedersenin ortaya çıxması işləri daha da pisləşdirir. Bəzi avtomatik tənzimlənən mahnı oxuma, qəribə sözlər, hərəkətlər bizi divanın arxasında gizlənməyə məcbur edir və nəticədə terapevtimizlə əlaqə saxlamalı oluruq…