Siyasət 16:00 23.05.2022

İtkin düşmüş 4 min Azərbaycan vətəndaşının taleyi necə olacaq? - Deputat

"Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar mərhələ kimi qiymətləndirmək mümkündür”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
 
Onun sözlərinə görə, Brüsseldə baş tutuan üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan mümkün sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər:
 
"Hər şeydən öncə ona görə ki, Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərddüdlü bəyanataından sonra məhz elə həmin baza prinsipləri əsasında Brüsseldə nəzərə çarpaçaq razılaşmalar əldə edildi. İlk növbədə qeyd etmək lazımdır ki, görüşə damğasını vuran məsələlər təkcə müzakirə edilən məslələr deyil, həm də müzakirə edilməyən məslələr oldu. Məsələn, erməni tərəfinin bütün israrlarına baxmayaraq, heç bir status məsələsi gündəmə daxil edilməmişdi. İkincisi, Azərbaycanın müəyyən etdiyi diplomatik leksikondan kənar heç bir ifadə işlədilmədi. Sadəcə Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunuldu”. 

Hikmət Babaoğlu bildirib ki, bunula da hər iki mövzuda ermənilərin israrla nəyəsə nail olmaq cədlərnəi birdəfəlik son qoyuldu:
 
"Görünür, yalnız bu həqiqətlər Paşinyan tərəfində yeni reallıq kimi dərk edildiyinə görə dərhal bir neçə istiqamət üzrə mövqelərdə birdən- birə yaxınlaşma baş verdi. Bu yaxınlaşmalar ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaxın günlərdə komissiyaların görüşməsi istiqamətində baş verdi. Aydındır ki, mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması ən əsas prioritetdir. İkncisi, kommunikasiyaların açılması və iqtisadi əlaqlərin bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi vacib məsələdir ki, burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas məsələrdən biri də gömrük qaydlarının müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir. Əslində danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən bir bu idi. Çünki bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik təşkiletmə baxımından aktual idi. Digər mühüm blok humanitar blok idi ki, burada da mina xəritələrinin verilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ savaşında itkin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi məsləsi idi ki, beş saatılq görüşdə bu da müzakitə edildi”. 

Deputatın fikirincə, xarici İşlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı razılaşma isə ondan xəbər verir ki, mümkün belə görüş artıq yuxarıda dediyimiz mövzularda müəyyən nəticələrin əldə edilməsindən sonra baş tutacaq:
 
"Bu da özlüyündə iyul – avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin yarada biləcək”. 

Bahar Rüstəmli