Xəbər lenti

İtkin düşmüş neftçi Sumqayıtda dəfn oldu - VİDEO
Ölkə12:22 21.02.2017

İtkin düşmüş neftçi Sumqayıtda dəfn oldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də, saat 17.20 radələrində dənizin "Pirsaat" burnu hissəsində sahildən 1 mil aralı məsafədə meyit tapılıb.  
Meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış Sumqayıt şəhər sakini 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu olduğu rəsmən təsdiq edilib. 
Qaynarinfo.Az xeberle.com-a istinadən xəbər verir ki, bu gün mərhumun meyiti ailəsinə təhvil verilib. O, Sumqayıt şəhər qəbiristanlığında dəfn edilib. 
Qaynarinfo.Az