
İctimai Televiziya və Radio Yayımları Şirkətində hər 3 aydan bir start götürən “şumlama”nın qurbanları artır.
İnterpess.az-a daxil olan məlumata görə, şirkətin fotoqrafı Rahim Qədimov işdən çıxarılır. Kadrlar şöbəsinin əməkdaşı fotoqrafa ərizə yazaraq könüllü işdən çıxmağı təklif edib.
Bundan başqa itv.az saytının admin-redaktoru da işdən qovulub. Hazırda şirkətin saytına daxil olarkən “itv.az texniki səbəblərə görə bağlıdır” yazılıb.
Məlumata görə isə saytın işləməməsinin səbəbi başqadır. Admin-redaktor işdən çıxarkən saytın giriş parolunu dəyişdirdiyindən hazırda səhifəyə daxil olmaq qeyri-mümkündür. Özü də bütün bunlar İTV-nin baş direktoru Cəmil Quliyevin ölkədə olmadığı vaxt baş verir.//interpress.az