Xəbər lenti

İTV-nin baş direktor seçkisi tənqid edildi
Ölkə12:07 23.04.2013

İTV-nin baş direktor seçkisi tənqid edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Modern.az xəbər verir ki, Media Hüququ İnstitutu (MHİ) İTV-yə baş direktor seçkilərində pozuntulara yol verilməsi ilə bağlı məlumat yayıb. Media Hüququ İnstitutu İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkilərinin tələm-tələsik və qeyri-şəffaf keçirildiyini bildirir. 

“Bu seçkinin MTRŞ tərəfindən ciddi müdaxilələrlə müşayiət olunması seçkinin ədalətliliyinə və İctimai Yayımın müstəqilliyinə kölgə salır”.

MHİ Milli Məclisin İTV Yayım Şurasına aprelin 19-da 3 yeni üzv təyin etməsinin də pozuntularla müşayiət olunduğunu xatırladır. 

“Baş direktorun seçilməsi ilə bağlı Yayım Şurasının yığıncağı İTV-nin öz binasında, Yayım Şurasının ofisində yox, MTRŞ-nın ofisində MTRŞ sədrinin rəhbərliyi və müdaxiləsi altında keçirilib. 4 namizədin tanıdılması, onların öz platforma və planları barədə Yayım Şurasına məlumat vermələri, sual-cavablar və Yayım Şurasının namizədləri götür-qoy edib son seçimini etməsi təxminən 50 dəqiqə çəkib”.

Bəyanatın sonunda MHİ hökuməti İctimai Yayım Xidmətinin müstəqilliyinə müdaxilələrdən çəkinməyə, belə müdaxilələrin nəticələrinin araqdan qaldırılması üçün gərəkli addımlar atmağa, tele-radio düzənlənməsi ilə bağlı yerli qanunvericiliyə və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, özəlliklə də Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrinə əməl etməyə çağırır.   

Qaynar.info