Xəbər lenti

İTV-nin direktor müavini ağır qəza törətdi
Ölkə12:39 05.05.2014

İTV-nin direktor müavini ağır qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini, “Həftənin yekunu” verilişinin aparıcısı avtomobil qəzası törədib. 

AzNews.az-a daxil olan məlumata görə, Sumqayıtda dünən gecə saat 2-də baş verən hadisə zamanı Şaiq Məmmədovun idarə etdiyi 90 AF 501 nömrə nişanlı, İTV-yə məxsus olan “Honda Accord” markalı avtomobil yararsız hala düşüb. Qəzaya düşən avtomobildə direktor müavini ilə yanaşı İTV-nin başqa departament rəhbərlərindən biri də olub. 

Gecə saat 2 radələrində İTV-nin rəhbər şəxslərinin xidməti avtomobillə Sumqayıta nə üçün getdikləri isə hələlik bəlli deyil. Qəza Daxili İşlər Nazirliyinin yol-hərəkəti qaydalarının pozulması ilə bağlı xronikada yer almadığından rəsmi qurumlar qəza ilə bağlı AzNews.az-a heç bir açıqlama vermədilər. 

Xatırladaq ki, Şaiq Məmmədov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktor müavini, beynəlxalq proqramlar baş redaksiyasının baş redaktoru, ingilis dilində “Həftə” analitik-informasiya proqramının müəllifi və aparıcısı vəzifələrində çalışıb. O, bir müddət APA İnformasiya Agentliyində də ingilis dili üzrə redaktor vəzifəsində də çalışıb.

İTV-də direktor müavini təyin olunandan sonra şirkətdə kadr siyasətinə onun nəzarət etdiyi bildirilir. 

Qaynar.info