Türkiyənin 6 məşhur serialı finala hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin tanınmış televiziya tənqidçisi Mesud Yar köşə yazısında qeyd edib. O, "Eşkiya dünyaya hükümdar olmaz", "Vatanım sensin", "İstanbullu gelin", "Siyah beyaz aşk", "Aslan Ailem", "Fazilet hanım ve kızları" seriallarının bu mövsüm finala gedəcəyini diqqətə çatdırıb.
M. Yar "Çukur", "Sen anlat Karadeniz", "Mehmed Bir Cihan Fatihi", "Kadın", "Ufak Tefek Cinayetler", "Diriliş Ertuğrul", "Arka Sokaklar", "Avlu", "Aşk ve Mavi", "Çocuklar Duymasın", "Bizim Hikaye" seriallarının isə növbəti sezon da yayımlanacağını bildirib.
Köşə yazarı həmçinin "8. Gün", "Tehlikeli Karım" və "Fi" seriallarının da bitə biləcəyini qeyd edib.