
Bu il konsert verməyi planlaşdıran müğənni İzzət Bağırov fikrindən daşınıb.
Qaynarinfo.az xəbər verir ki, Bağırov bu il toyların azlığından şikayətlənib. İzzət elə bu səbəbdən yeni layihələrə ara verdiyini açıqlayıb :
“Ötən il bu vaxtlar xeyli toyum var idi. Statistikada deyilir ki, bu il may ayına qədər 7000 nikah olub. Öncəliklə onların hamısı şadlıq sarayında olmayıb, ikincisi də olanlar müğənni çağırmayıb. Neçə aylardır ki, 1-2 toy olur ya olmur. Buna görə nə klip çəkdirə bilirəm, nə də mahnı yazdırıram. Ötən il konsertimdə demişdim ki, bu il də konsert verəcəm. Heyf ki, bu istıyimi dəfə reallaşdıra bilmədim. Hər halda vəziyyətin tezliklə düzələcəyinə ümid edirəm”.
Qaynarinfo.az

