Xəbər lenti

Jorge Jesus
İdman 11:30 12.06.2023

Jorge Jesus "Fənərbağça"dan ayrıldığını açıqladı

Jorge Jesus "Fənərbağça"dan ayrılır.
 
Qaynarinfo-nun məlumatına görə bu barədə mütəxəssis özü açıqlama verib. Ölkə kubokunun finalında "Başakşəhər"i məğlubiyyətə uğradaraq kuboku başı üzərinə qaldıran İstanbul komandasının çalışdırıcısı oyundan sonra klubdan ayrıldığını bildirib.

"Bu gün son oyunum idi. Azarkeşlərimizə təşəkkür edirəm. Mən sərbəst məşqçiyəm. Bu yerlə bağlı hər şeyi yaxşı xatırlayacağam. Bizim üçün asan olmadı. Olduğum hər yerdə kubok qazanmışam. Ölkəmdən kənarda çalışmışam. Burada da kubok qazanmışam”, deyə Jesus bildirib.

Jesus ötən ilin yayından "Fənərbağça"nı çalışdırırdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->