Leninqrad vilayətindən olan "47news” portalının jurnalisti salonda üzünü Putinə tutaraq qışqırıb və zibil haqda sual verib.
Qaynarinfo xəbər verir ki, bundan sonra Putinin nümayəndəsi jurnalistə hərəkətinə görə nöqsan tutub. Ancaq prezident onunçün bir istisna edəcəyini bildirib.
Jurnalist Leninqrad bölgəsində zibil emalı ilə bağlı sualını verib. Və dərhal prezidentdən konfransdan sonra, "avtomobilinə gedərkən" şəxsən ona 10 dəqiqə vaxt ayırmasını istəyib.
"Bəzi ölkələrdə tullantıların emalı zavodları şəhərin daxilində yerləşir və heç kimə mane olmur. İnsanlarla dialoqa ehtiyac var, - Putin deyib. - Sankt Peterburqda zibil islahatı planlaşdırılandan daha erkən başlayacaq. Zibillə bağlı əsas qərarlar artıq verilib, bircə onları vətəndaşlara çatdırmaq qalır.
Əgər tullantıları Şimal Buzlu okeanına daşısalar, bu bizə daha baha başa gələcək. Lakin tullantıların emalıyla məşğul olan müəssisələrin sayı artırılmalıdır. Zibil emalı sahəsində boz sxemlərdən qurtulmaq, hər şeyi mümkün qədər şəffaf etmək lazımdır. Rusiya Federasiyasında hər il təxminən 70 milyon ton məişət tullantıları əmələ gəlir”, - Putin qeyd edib.