Dünya 11:34 23.09.2022

Kadırov: “Çeçenistanda səfərbərlik üzrə çağırış planı 254%-dən çox yerinə yetirilib”

Çeçenistanda çağırışçıların ehtiyatı artıq formalaşıb və respublikada çağrış planı 254%-dən çox yerinə yetirilib.
 
Bu haqda öz Teleqram kanalında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov prezident Vladimir Putinin elan etdiyi qismən səfərbərliyə həsr olunmuş iclasının yekunuyla bağlı məlumat verərkən yazıb.

"Çeçenistan respublikasında çağrğışçılarla bağlı plan 254 faiz artıqlamasıyla yerinə yetilib. Bu cür göstəricilər Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yeni bölmələrinin yaranması sayəsində vaxtından əvvəl əldə edildi. Xidmət keçəcək bütün namizədlər hərbi komissarlıqlarda qeydiyyatdan keçdilər. Biz hələ qismən səfərbərlik elan edilməmişdən əvvəl bu mexanizmi hazırlamışdıq", o qeyd edib.

Bundan əlavə, o vurğulayıb ki, "respublikada minlərlə könüllü ehtiyatı var ki, onlar lazım gələrsə, Vətən müdafiəçiləri sıralarına qoşula biləcəklər”. "Sakinlər belə məsələlərin yarana biləcəyindən əmin idilər, biz isə artıq hər şeyi həll etmişdik. Ona görə də mən Çeçenistan Respublikasının əhalisini, xüsusən də sevimli və hörmətli analarımızı sakit olmağa çağırıram”, - Kadırov xahiş edib.

Bundan əvvəl Ukraynadakı vəziyyəti şərh edən Çeçenistan lideri Moskva ilə Kiyev arasında əsirlərin mübadiləsindən "son dərəcə narazı” olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Federasiyasının prezidenti qismən səfərbərlik haqqında fərman imzalayıb. Müdafiə naziri Sergey Şoyqunun dediyinə görə, 300 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır ki, bu da səfərbərlik ehtiyatının 1,1%-ni təşkil edir.
 
Alpər