Xəbər lenti

“Kainat xanımı” titulunu 39 yaşlı rusiyalı kök qadın aldı (VİDEO)
Dünya 17:40 26.09.2023

“Kainat xanımı” titulunu 39 yaşlı rusiyalı kök qadın aldı (VİDEO)

ABŞ-da keçirilən "Kainat xanımı” beynəlxalq gözəllik müsabiqəsində qalibiyyəti Nijni Novqorodlu 39 yaşlı kök bədənli Olqa Kamenskaya qazanıb. 

Qaynarinfo StarHit-ə istinadla xəbər verir ki, o, dünyanın hər yerindən gələn 72 iştirakçı arasında ən yaxşısı seçilib. Nəşr fotoları da dərc edib.

"Hər şeydə hamıdan fərqli olmağı xoşlayıram", - gözəllik tədbirlərində əvvəllər də iştirak etmiş Kamenskaya deyib. O, səhnəyə çıxmağı və doğma ölkəsini onun hüdudlarından kənarda təmsil etməyi xoşladığını vurğulayıb. Olqanın iki övladı var - beş yaşlı qızı və 18 yaşlı oğlu.

Olqanın dediyinə görə, o, "formatda" olmadığını başa düşür, lakin inanır ki, bu onu unikal edir. "Mən 90-60-90 deyiləm, amma bu fakt məni daha az gözəl və ya cazibədar etmir. Hər şeydə hamıdan fərqli olmağı xoşlayıram. Bu da mənim unikallığımdır”, - deyə qalib bildirib.

Bu ilin iyun ayında Kamenskaya Kaliforniyada keçirilən beynəlxalq Missis Klobda gözəllik müsabiqəsində da iştirak edib və nəticədə tamaşaçılar mükafatını qazanıb. Olqa həm də "Missis Russia Kök Formalı - 2022” tituluna malikdir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->