Xəbər lenti

Kamerunlu futbolçu geri qayıtdı, azərbaycanlı xanımla nişanlandı (FOTO)
Maqazin09:16 07.10.2025

Kamerunlu futbolçu geri qayıtdı, azərbaycanlı xanımla nişanlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda çıxış edən əcnəbi futbolçu burada nişanlanıb.
Qaynarinfo xəbər verir ki, söhbət Kristian Kamtadan gedir.
Ötən iki mövsümdə "Difai"nin formasını geyinmiş kamerunlu hücumçu Kübra adlı xanımla evlilik yolunda ilk addımını atıb.
İki ay öncə İraqa yollanaraq "Al-Karh"la danışıqlar aparmış afrikalı legioner yenidən ölkəmizə geri dönüb və xeyli müddətdir tanış olduğu sevgilisi ilə nişanlanmağı lazım bilib.
Münasibətlərin rəsmiləşdiyi tədbir ev şəraitində keçirilib. Burada ailənin yaxınları iştirak edib.(sportinfo.az)