
Milli komandamızın qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavista" klubundan ayrılıb.
"Qaynar" goal.az-a istinadən xəbər verir ki, bu haqda yığmamızın baş məşqçisi Robert Prosineçki açıqlamasında deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə görüşdən (1:4) sonra xorvat mütəxəssis iyunda Şimali İrlandiyaya qarşı keçiriləcək vacib oyun öncəsi Ağayevin klubsuz qalmasının onu narahat etdiyini bildirib.
Qaynar.Az