Xəbər lenti

Kanada hökuməti iqtisadiyyatı canlandırmaq üçün 14 milyard dollar ayırdı
Ekonomiks12:51 17.07.2020

Kanada hökuməti iqtisadiyyatı canlandırmaq üçün 14 milyard dollar ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanada hökuməti koronavirus pandemiyası səbəbindən tənəzzülə uğrayan iqtisadiyyatı canlandırmaq məqsədilə 14 milyard dollarlıq yardım paketi ayırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin baş naziri Castin Trüdo açıqlama verib. O, yardımın 10 əyalət və 3 bölgədə paylanılacağını bildirib.
Baş nazir bu yardım sayəsində qarşıdakı 6-8 ay ərzində yaranacaq fövqəladə xərclərin qarşılanacağını açıqlayaraq, ikinci dalğanın gözlənildiyinə də işarə edib. 
"Covid-19-un sadəcə səhiyyə böhranı deyil, eyni zamanda iqtisadi böhrandır. Peyvənd tapılmayınca, bu böhran aradan qalxmayacaq", - deyə Trüdo bildirib.
Camal