Xəbər lenti

Kanada və ABŞ "NAFTA" müqaviləsini əvəzləmək barədə razılığa gəldi
Ekonomiks11:24 01.10.2018

Kanada və ABŞ "NAFTA" müqaviləsini əvəzləmək barədə razılığa gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanada və ABŞ NAFTA (North American Free Trade Agreement-Şimali Amerika Azad Ticarət Razılaşması) sazişini əvəzləmək barədə razılığa gələ bilib.
Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, Meksika, ABŞ və Kanada noyabrın sonlarına qədər USMCA (United States-Mexico-Canada Agreement - ABŞ-Meksika-Kanada razılaşması) sazişini imzalayacaq. ABŞ və Meksika avqust ayının sonlarında "NAFTA"nı yeniləmək barədə qərara gəlmişdi. ABŞ və Kanada arasında əldə edilən razılığa görə, ABŞ-ın süd məhsulları, Kanadanın isə avtomobil ixracatı üçün daha geniş bazar imkanı yaradılacaq. 
Qeyd edək ki, ötən aylarda ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Castin Trudou arasında baş verən gərginlik iqtisadi əlaqələrə də təsir etmiş, hər iki ölkə qarşılıqlı olaraq idxal edilən müxtəlif məhsullara tətbiq edilən gömrük vergisini artırmışdı.
Gülşən