Xəbər lenti

Kanadada Mübariz İbrahimova xatirə lövhəsi qoyuldu - FOTO
Siyasət06:05 09.06.2014

Kanadada Mübariz İbrahimova xatirə lövhəsi qoyuldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz brahimovun xatirəsinə həsr olunmuş ağacın və məlumat lövhəsinin açılış mərasimi keçirilib.   

Tədbiri giriş sözləri ilə açan Azərbaycan icmasının fəallarında olan Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat verib və onun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğunu diqqətə çatdırıb.   

Mərasimdə, həmçinin, Azərbaycan icmasının dəvəti əsasında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin əməkdaşları da iştirak edib.

Məlumatı Qaynar.info-ya Kanadadkı səfirliyimizdən veriblər.

Qaynar.info