Dünya 13:08 12.07.2022

Kann Festivalı İranda azərbaycanlı rejissorların həbsdən azad olunmasını tələb etdi

Kann Festival bu üç iranlı rejissorun həbsini və İran sənətçilərinə qarşı repressiya dalğasını pisləyən bəyanat yayıb.

Qaynarinfo "Indipendent"in fars bölməsinə istinadən xəbər verir ki, Kann Film Festivalı bu bəyanatı dərc edərək əslən tacikistanlı olan Məhəmməd Rəsulov və iki azərbaycanlı - Mustafa Ale Əhməd və Cəfər Pənahinin həbsinə reaksiya verib.

Bu bəyanatda son dörd gündə həbs olunaraq naməlum yerlərə aparılan bu üç iranlı kinorejissorun hazırkı vəziyyəti ilə bağlı yazılıb: "İranlı sənətçilərə qarşı repressiya dalğasını pislədiyi kimi, bu həbsləri də pisləyirik".

Daha sonra bəyanatda deyilir: "Bu festival Məhəmməd Rəsulov, Mustafa Ale Əhməd və Cəfər Pənahinin dərhal azad edilməsini tələb edir”.

Vurğulanır ki, cümə günü, İrandaxili media bu üç nəfərin həbs olunduğunu elan edib. Bu sahədə dərc olunan məlumata görə, bu üç iranlı kino xadimi Abadan xalqının son etirazlarına dəstək verən bəyanat hazırlayıb dərc etdikləri üçün həbs ediliblər; İslam Respublikasının təhlükəsizlik qurumlarının təhdidinə baxmayaraq, bu bəyanatı 180-ə yaxın iranlı sənətçi imzalayıb.

Qeyd edilir ki, bu üç kino xadiminin əsərləri beynəlxalq festivallarda, o cümlədən Kann kinofestivalında nümayiş etdirilib və bu festivalların ən önəmli mükafatlarını qazana biliblər.

Aydın