Xəbər lenti

Kanye Uestin şirkətində keçmiş işçilər alçaldılıb, qul adlandırılıb
Maqazin 18:18 01.07.2024

Kanye Uestin şirkətində keçmiş işçilər alçaldılıb, qul adlandırılıb

Reper Kanye Uestə məxsus geyim və ayaqqabı şirkəti "Yeezy"nin keçmiş işçiləri iş yerində alçaldılma və ödənilməmiş maaşlara görə məhkəməyə müraciət ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "Washington Post" qəzeti məlumat yayıb.

Səkkiz keçmiş işçi iddia edir ki, Uest, "Yeezy" və onun baş direktoru Milo Yiannopoulos işçilərə əlavə iş saatına görə ödəniş etməyib, onları "qullar" və "yeni qullar" adlandıraraq alçaldıb, pornoqrafik şəkillər göstərib.

Sözügedən işçilərin Kanyenin "Vultures 2" albomunu tanıtmaq üçün proqram üzərində işlədikləri aydınlaşdırılır. Burda 14 yaşdan yuxarı yetkinlik yaşına çatmayanlar da iştirak edib. Proqram üzərində iş "Discord" sosial şəbəkəsi vasitəsilə əlaqələndirilib, burada tərtibatçıların cinsi, yaşı, irqi və digər xüsusiyyətlərinə görə təhqir edildiyi iddia edilir.

İddiada həmçinin qeyd edilir ki, "Yeezy" yalnız ağ insanları tərtibatçı kimi işə götürəcəyini vəd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->