Reper Kanye Uestin həyat yoldaşı, model Bianka Sensori spirtli içkilərdən çətin bir evliliklərinə görə sui-istifadə etməyə başlamış ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail"ə qadının yaxınları bildirib.
"Biankanı tanıyan hər kəsə aydındır ki, o, hazırda özündə deyil", - insayder deyib.
Dostları reperin "qaranlıq dünyasında” ilişib qalan modeldən narahatdırlar. Yaxınlarının dediyinə görə, Sensori mövcud vəziyyətdən çıxış yolu görmədiyi üçün içkiyə başlayıb. Onlar əlavə edirlər ki, məşhurun əvvəllər heç vaxt spirtli içki ilə bağlı problemi olmayıb.
Kanye Uestin diş həkimi bu yaxınlarda reperə şənləndirici qaz verməkdə günahlandırılıb. Ulduzun keçmiş köməkçisi Milo Yiannopoulos Kaliforniya Stomatoloji Şurasına şikayət ərizəsi ilə müraciət edərək mütəxəssisin hərəkətlərini qiymətləndirməyi xahiş edib.
Yiannopulosun sözlərinə görə, diş həkimi reperə nağd pul qarşılığında qaz verib və bunun üçün hər ay 50 min dollardan çox pul alıb. Qaz Kanye Uesti asılı vəziyyətə salıb. Həmin maddəyə aludə olduğu üçün reper anlaşılmaz və ziddiyyətli göstərişlər verib və onun əhvalı proqnozlaşdırılmayan olub.
Həkim Tomas Connelli bütün ittihamları rədd edir. O, hekayəni "nəinki faktiki olaraq yanlış, həm də qəsdən çaşdırıcı" adlandırır.
Alpər