Xəbər lenti

Karen Donfridin Bakı səfəri: Bölgə yenidən dizayn edilir - Politoloq
Siyasət09:53 11.06.2022

Karen Donfridin Bakı səfəri: Bölgə yenidən dizayn edilir - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Dövlət Departamentindən verilən məlumata görə, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-19-u arasında Cənubi Qafqazda səfərdə olacaq.  Diplomat iyunun 15-də Bakıya gələcək. Amerikalı qonaq Prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşəcək. İyunun 17-də  K. Donfrid Tiflisə, iyunun 18-də isə İrəvada da səfər edəcək. 
Səfər ərəfəsi Donfrid Azərbaycan-Ermənistan münasibətlərilə bağlı açıqlama verərək bildirib ki, hazırda tərəflər münasibətlərin normallaşması prosesində irəliləmək imkanına malikdirlər. 
Dövlət Departamenti rəsmisinin səfərini Qaynarinfo-ya şərh edən politoloq Taleh Əliyev düşünür ki, Donfrid qarşılıqlı əməkdaşlığın növbəti istiqamətlərilə bağlı Vaşinqtonun təkliflərini açıqlayacaq: "Son zamanlar Rusiyanın dövlət başçısı Putin çıxışlarında dünya dövlətlərini iki qütbə bölməkdə davam edir. Kreml  bəyan edir ki, bu qütblərdən birində suveren dövlətlər cəmləşib, digərində isə müstəmləkə ölkələri. Putin müstəmləkə ölkəlrinin yaşamaq haqqının olmadığını ifadə edib. Bu o deməkdir ki, keçmiş postsovet məkanında, həmçinin Cənubi Qafqazda hadisələr daha da dramatikləşəcək. Sonuncu Brüssel görüşündə əldə olunan razılığa uyğun olaraq tərəflər delimitasiya, birgə kommisiyaların yaradılması və onun toplantısının keçirilməsi istiqamətində bir iradə nümayiş etdirdilər. İki gün öncə Rusiya xarici işlər nazirinin Ermənistana səfəri və bu fonda Bakı ilə İrəvan arasında münasibətlər məsələsində qarmaqarışıq fikirlər səsləndirməsi onu göstərir ki, supergüclər Cənubi Qafqazda hərəkətli siyasi fəaliyyət sərgiləyirlər. Fikrimcə, mövcud vəziyyətdə ABŞ dövlət katibinin yüksək səviyəli nümayəndəsi Cənubi Qafqaza səfəri zamanı Vaşinqtonun bölgəsəl siyasətini bir daha region dövlətlərinin hökumətlərinə çatdıracaq və Amerikanın qoyduğu qırmızı cizgiləri keçməmək kimi tösiyyə, arzu və istəklərini dilə gətirəcək”. 
Rüfət Sultan