Xəbər lenti

Kasparov Bakıya gələ bilmədi - Qadağaya görə
İdman09:08 31.08.2016

Kasparov Bakıya gələ bilmədi - Qadağaya görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Bakıya gələcək. 

Qaynarinfo.Az saytının məlumatına görə, bu barədə xəbəri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov verib.

Açılış mərasimi sabah keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan mətbuat konfransında çıxış edən Məmmədov qeyd edib ki, yarışa bir sıra məşhur qrossmeysterlər Olimpiadaya fəxri qonaq kimi dəvət edilib. Onlar arasında 12-ci dünya çempionu Anatoli Karpov da var. Rusiyalı şahmatçı artıq ölkəmizə gələcəyini təsdiqləyib.

Məmmədov bildirib ki, Azərbaycan şahmatının yetirməsi olan, erməni əsilli 13-cü dünya çempionu Harri Kasparov isə Olimpiadanın qonaqları sırasında yer almayıb. Buna FİDE-nin ona tətbiq etdiyi cəza imkan verməyib. Çünki Kasparova qurumun bayrağı altında keçirilən yarışlarda qonaq kimi də iştirakına qadağa qoyulub.

Qaynarinfo.Az