Xəbər lenti

phrase_var_qaynar. 20:46 13.10.2021

"Kayrat"ın erməni futbolçusu Bakıya gəlməyəcək

Qazaxıstanın "Kayrat" komandasının erməni futbolçusu Kamo Ohanesyan "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməyəcək.

Bu barədə "Report"a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, Almatı təmsilçisinin "Qarabağ"a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->